Biologiya Fakültəsi

TEC-nin yeni dərs ilində birinci seminarı keçirildi

17/10/2011

13.10.2011 tarixində Biologiya fakültəsində TEC-nin yeni dərs ilində birinci seminarı keçirildi. Seminarda Biologiya fakültəsi, Onurğalılar zoologiyası kafedrasının laborantı Səbinə Hüseynova çıxış etmişdir. Çıxış Çexiyanın Karl Universiteti ilə Bakı Dövlət Universitetini Biologiya fakültəsi arasında yaradılmış əlaqələrə həsr edilmişdir.
Seminarda iyul ayında Karl Universitetinin əməkdaşlarının Bakıya gəlişi və onların burada apardığı tədqiqatlar haqqında, eyni zamanda avqust ayında Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin əməkdaşlarının Çexiyaya səfəri və s. haqqında məlumatlar məruzə edildi. Eyni zamanda Karl Universitetinin strukturu, ən əsası Təbiət Elmləri fakültəsi və bu fakültənin nailiyyətləri haqqında da geniş məlumat verildi. Seminarda fakültənin dekan müavinləri, kafedra müdirləri, müəllim heyəti, laborantlar və tələbələr iştirak edirdilər.
Sonda Biologiya fakültəsinin dekanı prof. A.Ə.Quliyev  Çexiyanın Karl Universiteti ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi arasında bağlanılmış memorandum haqqında ətraflı danışdı və iştirakçıları maraqlandıran sualları cavablandırdı.

 

Bookmark and Share