Biologiya Fakültəsi

Tempus proqramı koordinatorları bu dəfə Bakı Dövlət Universitetində

08/10/2014

Beynəlxalq Tempus proqramı rəhbərləri və bir qrup iştirakçıları (18 xarici təmsilçi) oktyabr ayının 6-7-si tarixləri arasında Bakıda olmuşdur. Bu görüş SESREMO Layihəsi koordinasiyası çərçivəsində həyata keçirilmiş və başlıca olaraq Bakı Dövlət Universitetinin rəhbərliyi ilə təşkil olunmuşdur. Qeyd edək ki, bu tarixlər müddətində ölkəmizdə Qurban bayramı qeyd olunduğu üçün, rəsmi tədbir "Qafqaz Point" otelində təşkil olunmuşdur. Heyət layihə direktoru, Berlin Universitetinin təmsilçisi Dr. Arnold Sterenharzın rəhbərliyi ilə ölkəmizə gəmişdir. Heyət içərisində Almaniya ilə yanaşı, Hollandiya, Estoniya, İsrail və Qazaxıstanın bir sıra universitetlərinin təmsilçiləri də olmuşdur.
Tədbiri giriş sözü ilə Bakı Dövlət universitetinin rektoru akad. Abel Məhərrəmov açmış, sonra isə Azərbaycan üzrə layihə direktoru, Biologiya fakültəsinin dekanı prof. Akif Quliyev, Dr. Arnold Sterenharz və digər iştirakçılar layihə ilə bağlı çıxışlar etmiş, bu layihəni mahiyyətindən və əhəmiyyətindən söz açmışlar. Görüşdə eyni zamanda Qafqaz Universiteti və Sumqayıt Dövlət Universiteti nümayəndələri də iştirak emişdir.



Bookmark and Share