Biologiya Fakültəsi

THE SECRET OF LONGEVITY

31/01/2020

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi"nin və ölkənin strateji sənədlərinin icrasına dəstək məqsədi ilə üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunmuş və 3 layihə final mərhələsinə vəsiqə qazanmışdır. Bununla əlaqədar, müsabiqə çərçivəsində qalib layihələr digər mükafatlarla təltif olunmaqla yanaşı, 2020-ci il 29-31 yanvar tarixlərində Estoniyanın Tartu şəhərində keçiriləcək "Startup Day" proqramında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.
Bakı Dövlət Universitetinin (BDU) gənc tədqiqatçısı Lalə Məmmədova Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan Üçüncü Respublika İnnovasiya Müsabiqəsində iştirak etmişdir. Universitetin Strateji İnkişaf planına əsasən tədqiqatçılar müsabiqəyə layihələrlə qatılıblar.  Lalə Məmmədova isə  müsabiqəyə “The Secret of Longevity” adlı layihə ilə qatılıb. Onun layihəsi Biotexnologiyanın imkanlarının bioenerji, qida və ekoloji təhlükəsizlik sistemlərinin yaradılmasına yönəldilməsinə aid olub. Biotexnologiya Laboratoriyasının aparıcı elmi işçisi Rüfət Ağalarovla birgə işlədikləri layihənin məqsədi narın tullantılarından qiymətli antioksidant maddənin sənaye üsulu ilə alınması üzrə metodların işlənməsi olub. Gənc tədqiqatçılar Lalə Məmmədova 29-31 yanvar 2020-ci il tarixlərində Estoniyada keçirilən “sTARTUp  Day” proqramında da iştirak ediblər. 66 ölkədən 350-dən çox startap layihənin təqdim olunduğu proqramda 162 investor iştirak edib. Lalə Məmmədova “sTARTUp Day” proqramı çərçivəsində Tallin universitetinin Biologiya fakültəsinin əməkdaşları ilə antioksidantların təbii mənbələrinin araşdırılması mövzusunda, həmiçinin Tartu Biotexnologiya parkının tədqiqatçıları ilə görüşdə gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.





Bookmark and Share