“THOMSON REUTERS” AGENTLİYİNİN ƏMƏKDAŞLARI BİOLOGİYA FAKÜLTƏSİNDƏ MAARİFLƏNDİRİCİ SEMİNAR KEÇİRİB
02/05/2017Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə Biologiya fakültəsində “Thomson Reuters” Agentliyinin əməkdaşları tərəfindən Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin əməkdaşları üçün maarifləndirici seminar keçirilib. Tədbiri agentliyin Azərbaycan üzrə təmsilçisi Aygün Babazadə və Ukrayna Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Genetika Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, “Biopolymers and Cell” jurnalının redaksiya heyətinin rəhbəri İ.Tixonkova aparıb. Tədbirdə Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev iştirak edib.
