Biologiya Fakültəsi

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN NÖVBƏTİ İCLASI

01/10/2019

01.10.2019-cu il tarixində Biologiya fakültəsində tələbə elmi cəmiyyətinin növbəti iclası keçirildi. İclasda BDU-nun Zoologiya kafedrasının dosenti Çingiz Məmmədov və bir qrup tələbənin - Məmmədova Jalə, Rəhimli Zərifə, İsrafilli Kamilə və Hacibabazadə Cəvahirin təqdimatında 13.08.2019-26.08.2019-cu il tarixində Çexiya Respublikası Karlova Universitetinə ezamiyyə zamanı həyata keçirilmiş Universitetlərarası növbəti elmi-təcrübi mübadilə haqqında məlumat verildi. BDU-nun Biologiya fakültəsinin Çexiya Respublikası Karlova Universiteti ilə tədris və elm sahəsində əməkdaşlıq Memorandumu çərçivəsində baş tutan səfər zamanı tələbələr tanış olduqları Karlova Universitetinin Təbiət Elmləri fakültəsinin müxtəlif şöbələrinin laboratoriyalarının, Kimya Texnologiyaları Universitetinin, bir sıra akademik institutların, o cümədən Fiziologiya və Genetika İnstitutunun, Bioloji Mərkəzin laboratoriyalarının innovativ maddi-texniki bazası, orada həyata keçirilən elmi-tədqiqat işləri barədə iclas iştirakçılarına məlumat verdilər. Tələbələr öz çıxışları ilə həmçinin Vodnyanu şəhərində yerləşən Akvakultura Mərkəzində qapalı su təchizatı sistemində nərəkimilərin yetişdirilmə texnologiyaları haqqında təəssüratlarını bölüşdülər.





















Bookmark and Share