Tələbə Elmi Cəmiyyətində təlim keçirilmişdir
09/12/202209.12.2022-ci il tarixində Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Biologiya fakültəsi tərəfindən “Layihələrin təklif formasının necə yazılması və qrant müsabiqələr” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı Biologiya fakültəsinin TEC- in elmi rəhbəri və sədri çıxış etmişdir.
Çıxış zamanı Biologiya fakültəsi tələbələrinə layihələrin orijinallığı, davamlılığı, nəticənin əldə olunması, onun səmərəliliyi haqqında məlumat verilib. Layihənin yazılma tsikli haqqında ətraflı məlumat verildikdən sonra layihələrin təqdim olunduğu qrant müsabiqələr və onların əsas şərtləri barədə danışılıb. Təlimin sonunda yeni layihə ideyaları haqqında müzakirə aparılıb, tələbələrin sualları təlimçilər tərəfindən cavablandırılıb.
