Biologiya Fakültəsi

Tələbə Elmi Cəmiyyətindən Yenilik

09/11/2017

TEC-dən yenilik

Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti həftənin müəyyən olunmuş günlərində “Conversition”lar təşkil edir. Söhbət görüşündə maraqlı və əyləncəli oyunlar əsasında müəyyən mözvuların ingilis dilində müzakirəsi aparılır.

01 noyabr saat 12:00-da ilki keçirilən Söhbət görüşündə TEC-in sədri Nurana xanım,nümayəndələr və həmçinin Universitetin digər tələbələri iştirak edib. TEC-in sədr müavini Naqi Məmmədzadənin ingilis dilində apardığı ilk söhbətin mövzusu tanışlıq, məşğuliyyətlər, maraqlandıqları kitab,yazar,film,musiqi və s. idi.  Söhbətin əvvəlində Görüşün əhəmiyyətindən danışan TEC-in sədri Nurana xanım bildirib ki, Müzakirələrin  keçirilməsində məqsəd tələbələrin ingilis dilinə maraq və tələbinin artırılmasıdır.  Söhbət tanışıqlıqla başlıyıb. Görüşdə olan hər bir şəxs ingilis dilində özünü təqdim edib. Söhbətin aparıcısı çətinlik çəkənlərə kömək edərək onların da söhbətdə aktiv iştirakına nail olub. Söhbət digər mözvularla davam edib. Sonda isə əyləncəli oyun keçirilib. Beləliklə, Müzakirə Görüşü maraq dolu anlarla yadda qaldı.....

Sonda qeyd etmək istərdim ki, Söhbət Görüşləri mütəmadi olaraq keçiriləcək. Söhbətlərin keçiriləcəyi gün, mövzu və yerlər bu yaxınlarda müəyyənləşəcək. İştirak etmək istəyən hər bir şəxs TEC-in sədri Nurana xanıma yaxınlaşa bilər.

Bookmark and Share