Biologiya Fakültəsi

Tələbə Elmi Cəmiyyətinin daha bir seminarı baş tutdu

11/11/2016

11 noyabr 2016-cı il tarixində Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Ümumi tanatologiya və məhkəmə entomologiyasına giriş” mövzusunda elmi seminar keçirilmişdir. Məruzəçi IV kurs tələbəsi Abdullayev Seyran Taqətoviç, öz çıxışında ölüm baş verməzdən əvvəl orqanizmdə baş verən patoloji dəyişikliklər, ölümün təsnifatı və əlamətləri haqqında danışmışdır. Müasir zamanda məhkəmə ekspertizasında istifadə olunan entomoloji biliklər, həşəratların rolu haqqında danışaraq, burada istifadə olunan metodları izah etmişdir. Dekan prof. Akif Quliyev, dekan müavinləri dos. Ömərova S.N. dos. Abdiyev V.B., eləcə də fakültənin digər professor-müəllim heyətinin – prof. Abdullayev X.D., Səfərova Q.N., TEC-nin sədri Əmrahov N.R. və tələbələrin də iştirak etdiyi bu seminarda mövzu ilə bağlı bir çox suallar cavablandırılmışdır.
Qeyd edək ki, TEC çərçivəsində tələbələrin biliklərinin zənginləşməsinə və onların müxtəlif tədqiqat qruplarına cəlb olunmasına xidmət edən bu cür tədbirlər fakültə daxilində mütamadi olaraq keçirilir.



Bookmark and Share