Tələbə Elmi Cəmiyyətinin I kurs tələbələrlə görüşü
19/10/202116 oktyabr 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə TEC-in 1-ci kurs tələbələri ilə görüşü keçirildi. Seminarda Tələbə Elmi Cəmiyyətinin rəhbəri, dos. Çingiz Məmmədov və 110-dan artıq tələbə iştirak etdi.
Seminarın açılışında TEC-in Biologiya fakültəsi üzrə rəhbəri dos. Çingiz Məmmədov iştirakçıları salamlayaraq TEC haqqında qısa məlumat verdi və sözü TEC-in sədrinə ötürdü. Sədr, IV kurs tələbəsi Qasımova Məltəm, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən auditoriyaya geniş məlumat verdi. Çıxışın yekununda tələbələrin çoxsaylı sualları ətraflı cavablandırıldı. Tələbə Elmi Cəmiyyətinin rəhbəri və sədri I kurs tələbələrinə təhsildə və gələcək tədqiqatlarında müvəffəqiyyətlər arzu etdilər.
