Biologiya Fakültəsi

Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirildi

17/12/2015

Dekabr ayının 17-də Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilmişdir. Məruzəçi fakültənin ingilis bölməsinin III kurs tələbəsi Şükürova Şəhla “İkincili döş vəzi xərçənginin qarşısının alınması” mövzusunda çıxış etmişdir.
Mövzunun məzmunu son illər biologiya sahəsində aktual olan və Birləşmiş Krallıqda aparılan tədqiqatlar təşkil etmişdir. Belə ki, döş vəzi xərçənginin aktiv inkişafı zamanı kəskin oksigen çatışmazlığı müşahidə olunur (hipoksiya). Hipoksiyanın nəticəsi kimi, PCD-C4 faktorunun məhvi və LOX (lysyloxydase) fermentinin sümük toxumasında osteoporozları yaratmasıdır. Bu isə bəd xassəli döş xərçəngi hüceyrələrinin sümük toxumasında inkişafı ilə nəticələnir. Bundan başqa çıxışda xərçəngin ilk fazasının diaqnostikası ilə bağlı da müzakirələr aparılmışdır.
Seminarda biologiya fakültəsinin dekanı prof. Akif Quliyev, dekan müavinləri və bir neçə kafedra müdürləri və müəllim kollektivi də iştirak etmişdir.
Sonda tələbələri və müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.



Bookmark and Share