Tələbə Elmi Cəmiyyətinin növbəti onlayn elmi seminarı
27/11/2020Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi seminar keçirilib
Bu gün Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Təkamül prosesində kooperasiyanın rolu" mövzusunda elmi seminar keçirilib. TEC-in rəhbəri Çingiz Məmmədov seminar iştirakçılarını salamlayaraq, müzəffər ordumuzun Qələbəsi münasibətilə təbrik etdi və sözü fakültənin Biologiya ixtisası üzrə III kurs tələbəsi Məltəm Qasımovaya verdi. Məltəm mövzuya dair hazırladığı təqdimatı və məruzəni iştirakçıların diqqətinə çatdırdı. Təkamül prosesinə dair mövcud nəzəriyyələrin təhlilini apararaq, təkamül amillərinə, təkamül nöqteyi nəzərindən zülalların müqayisəli analizinə dair yeni fikirləri təqdim etdi, eukaiot hüceyrələrin əmələ glməsində kooperasiya prinsipini, simbioz prosesinin mahiyyətini izah etdi. Seminar tələbələrin mövzu ətrafında fikir mübadiləsi ilə davam etdi.
