Biologiya Fakültəsi

TƏLƏBƏLƏR İLƏ TƏCRÜBƏQABAĞI GÖRÜŞ

18/02/2019

Bu gün Biologiya fakültəsində IV kurs tələbələri ilə təcrübəqabağı görüşlər keçirilib. Biologiya ixtisası üzrə təhsil alan tələbələr AMEA İnstitutlarında və "Azərbaycan Coca-Cola Bottlers Limited" MMC şirkətinin laboratorayasında 9 həftə ərzində istehsalat təcrübəsi keçəcəklər. Biologiya müəllimliyi ixtisasında təhsil alan 97 nəfər IV kurs tələbələsi isə 9 həftəlik, yəni aprelin ayının 19-dək Bakı şəhəri orta ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçəcəklər. Bu görüşdə təcrübə rəhbərləri, təcrübəli metodist və pedaqoqlar tərəfindən tələbələrə elmi və ya tədris işləri ilə bağlı olan təcrübənin qaydaları, tələbənin təcrübədə necə yüksək nəticə almaları və təcrübəçinin əsas vəzifələri haqqında məlumatlar verilmişdir. Həmçinin tələbərələ elmi və ya tədris işlərində bu keçirilən təcrübələrin nə qədər önəmli və əhəmiyyətli olması haqqında və tələbələrin 4 il ərzində əldə etdikləri nəzəri biliklərin laboratoriya və ya məktəbdə tətbiqi ilə bağlı məsləhətlər vermişdirlər. Ən sonda tələbələri maraqlandıran suallar cavablandırılmış və tələbələrə təcrübələr zamanı uğurlar azrulanmışdır.









Bookmark and Share