Biologiya Fakültəsi

Tvinninq layihəsi çərçivəsində Bakı Dövlət Universitetində treninq

09/10/2018

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviya və Azərbaycanın birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək Tvinninq Layihəsinin” əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirmək və eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir.



Tvinninq layihəsi çərçivəsində Bakı Dövlət Universitetində Biologiya, Ekologiya, Kimya, Coğrafiya, Tətbiqi riyaziyyat və Fizika fakültələrinin müvafiq ixtisasları üzrə Dövlət Proqramlarının təkmilləşməsi üzrə yaradılan işçi qruplara daxil olan əməkdaşlar üçün treninq keçirilmişdir. Layihənin rezident müşaviri, Fransanın Pedaqoji Araşdırmalar üzrə Beynəlxalq Mərkəzin əməkdaşı Liza Baydanova, fransalı qısamüddətli ekspert Didier Ronze, litvalı qısamüddətli ekspert Saulė Maçiukaite-Jvinienė, latviyalı ekspert Yolanta Silka ekspertlətrin və AR Təhsil Nazirliyinin əməkdaşı, rezident Tvinninq müşavirinin tərəf müqabili Yaşar Ömərovun iştirakı ilə keçirilən treninqdə məruzəçilər Layihənin məqsədi və hədəflərini iştirakçıların diqqətinə çatdırdılar.



Mačiukaitė-Žvinienė Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi vəzifəsində çalışır. Silka Latviyanın Akkreditasiya İdarəsinin müdir müavinidir. Ronze Fransanın Lyon Universitetinin professorudur.



Layihənin başlıca məqsədi Azərbaycan ali təhsil sistemini kompetensiyalara əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdir. Layihənin hədəfi Avropa Ali Təhsil Məkanının prinsiplərinin, mexanizmlərinin, alətlərinin və siyasətlərinin davamlı surətdə tətbiq edilməsi məqsədilə Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin və Akkreditasiya və Nostrifikasiya İdarəsinin institusional potensialını artırmaq və tələbələrə əsaslanan sistemə və təlim nəticələri yanaşmasına keçidi dəstəkləməklə onların həyata keçirilməsini və tətbiqini təmin etməkdir.


Onu da qeyd edək ki, Layihənin reallaşdırılması 2 il müddətində nəzərdə tutulub. Bu dəfə keçirilən treninqin əsas məqsədi əmək bazarının tələblərinə uyğun olan kadrların hazırlanmasına xidmət edən Dövlət Proqramlarının hazırlanmasının prinsipləri ilə iştirakçıları tanış etmək idi. Məruzəçilər çoxlu sayda sualları cavablandırdılar və mövzu ətrafında geniş müzakirələr aparıldı.

Bookmark and Share