Biologiya Fakültəsi

“VEGETATİV YOLLA ÇOXALDILMASI ÇƏTİN OLAN GÜL BİTKİLƏRİNİN KLONLARLA “İN VİTRO” ÇOXALDILMASI TEXNOLOGIYASININ İŞLƏDİLMƏSİ” MÖVZUSUNDA ELMİ SEMİNAR

15/03/2018

15.03.2018 tarixində Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Vegetativ yolla çoxaldılması çətin olan gül bitkilərinin klonlarla “in vitro”çoxaldılması texnologiyasının işlədilməsi” mövzusunda növbəti elmi seminar keçirilmişdir.


Məruzəçilər Aqrar Elmləri üzrə fəlsəfə doktoru İbrahim İbrahimov və 2-ci kurs tələbəsi Turan İbrahimova öz çıxışlarında biotexnologiyanın inkişafı, bir elm kimi yayılması, güllərin insan həyatında rolu, əhəmiyyəti, bitkilərin virussuz çoxaldılması texnologiyasını işlədilməsi, “in vitro” metodunun əhəmiyyəti, mərhələləri və s. haqqında məlumatlar vermişdirlər.







Elmi seminarda iştirak edən müəllim heyəti və tələbələr tərəfindən məruzə maraqla dinlənilmiş və məruzədən sonra məruzəçilər tərəfindən bir çox suallar cavablandırılmışdır. Qeyd edək ki, TEC çərçivəsində tələbələrin biliklərinin zənginləşməsinə və onların müxtəlif tədqiqat qruplarına cəlb olunmasına xidmət edən belə tədbirlər fakültə daxilində mütəmadi olaraq keçirilir.

Bookmark and Share