Biologiya Fakültəsi

XARİCDƏ TƏHSİL

15/11/2017

XARİCDƏ TƏHSİL

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Xaricdə təhsil” mövzusunda tədbir keçirilib. Tədbirin mahiyyəti öz təhsillərini xaricdə davam etdirmək istəyən tələbələri bu haqda məlumatlandırmaq olub.

15.11.2017-ci ildə keçirilən tədbir Türkiyədə təhsil şərtləri, tələbələrin maraq dairəsində olan Universitetlər haqqında informasiyaların verilməsi ilə başlayıb. Ruhid Yusifovun təşəbbüskarlıq etdiyi tədbirdə Həsən Əliyev tələbələrin bu ölkə haqqında suallarını cavablandırıb. Biologiya fakültəsinin dekanı Akif Quliyev, Mikrobiologiya kafedrasının dosenti Aygün xanım,TEC-in sədri Nurana xanım və digər tələbələrin iştirak etdiyi tədbir Həmidə xanımın Avropa ölkələrindəki təhsil qaydaları haqqında məlumat verməsi ilə başa çatıb. Tədbirdə iştirak edən hər kəs tədbirdən olduqca məmnun ayrılıblar.




Bookmark and Share