Biologiya Fakültəsi

XOCALI SOYQIRIMININ 27-Cİ İL DÖNÜMÜ

26/02/2019

Xocalı Soyqırımının 27-ci il dönümü ilə əlaqədar olaraq fevral ayının 26-ı Bakıda ümumxalq yürüşü keçirilmişdir.
Paytaxtın Xətai rayonunda soyqırım qurbanları abidəsinə ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin müəllim və tələbə heyəti də yürüşdə iştirak etmişlər. Yürüşdən sonra Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı Biologiya fakültəsi idarə heyətinin aktiv üzvləri Şəhidlər Xiyabanında Xocalı şəhidlərinin məzarını ziyarət edib, faciə qurbanlarının xatirəsini yad etmişlər.














Bookmark and Share