Biologiya Fakültəsi

İxtisasa giriş

18/10/2017



Biologiya fakültəsində Rektorun müvafiq əmrinə əsasən birinci kurs tələbələri üçün fakultativ şəkildə təşkil olunmuş “İxtisasa giriş” fənni çərçivəsində fakültə nəzdində fəaliyyət göstərən kafedraların müdirlərinin təqdimatı baş verdi. Bu fənn universitet və onun ifrastrukturu, qəbul olunduqları ixtisasın özəlliyi, gələcək perspektivləri, eləcə də müvafiq fakültə və kafedraların tarixi, kadr potensialı və elmi fəaliyyətinin istiqaməti, beynəlxalq əlaqələr, beynəlxalq və regional proqram və layihələrdə iştirakı, kafedralar üzrə nəşr edilmiş elmi məqalələr, dərslik, dərs vəsaitləri, fənn proqramları, tələbə elmi cəmiyyəti və digər strukturların fəaliyyəti barədə tələbələrə ümumi məlumat vermək məqsədilə təşkil olunur.



Bu günki görüşdə Biokimya və biotexnologiya kafedrasının müdiri Əməkdar Elm Xadimi, prof.A.Ə.Quliyev, Onurğalılar zoologiyası kafedrasının müdiri “Şöhrət” ordeni ilə təltif olunmuş Prezident təqaüdçüsü prof.Q.T.Mustafayev, Biofizika və molekulyar biologiya kafedrasının müdiri görkəmli alim prof. R.Ə.Həsənov fakültənin birinci kurs tələbələrinə kafedranın tarixi, kafedrada çalışan görkəmli alimlər, kafedra üzrə tədris olunan fənlər haqqında məlumat verdilər, kafedraların elmi-tədqiqat istiqaməti və bu günə olan elmi nailiyyətləri haqqında məlumatları tələbələrin nəzərinə çatdırdılar. Bunlarla yanaşı kafedraların beynəlxalq əlaqələri haqqında, reallaşdırdıqları qrant layihələri haqqında da ətraflı məlumat verildi, xüsusi hazırlanmış videoçarxlar göstərildi.













Fakültədə fəaliyyət göstərən digər 6 kafedra ilə tanışlıq noyabr ayında keçiriləcəkdir.

Bookmark and Share