Biologiya Fakültəsi

İxtisasa giriş - 2

01/11/2017



Rektorun müvafiq əmrinə əsasən Biologiya fakültəsində birinci kurs tələbələr üçün təşkil olunmuş "İxtisasa giriş" fənninin II hissəsi keçirilmişdir və əvvəlki təqdimatda da qeyd olunduğu kimi bu fənn çərçivəsində birinci kurs tələbələrinə universitet və onun ifrastrukturu, qəbul olunduqları ixtisasın özəlliyi, gələcək perspektivləri, eləcə də müvafiq fakültə və kafedraların tarixi, kadr potensialı və elmi fəaliyyətinin istiqaməti, beynəlxalq əlaqələr, beynəlxalq və regional proqram və layihələrdə iştirakı, kafedralar üzrə nəşr edilmiş elmi məqalələr, dərslik, dərs vəsaitləri, fənn proqramları, tələbə elmi cəmiyyəti və digər strukturların fəaliyyəti barədə ümumi məlumat verilmişdir.




Bügünkü görüşdə Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Qurbanov Elşad Məcnun oğlu, Bitki fiziologiyası kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Abdıyev Vilayət, Genetika və təkamül təlimi kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Quliyev Rauf Ələkbər oğlu fakültənin birinci kurs tələbələrinə kafedranın tarixi, kafedrada çalışan görkəmli alimlər, kafedra üzrə tədris olunan fənlər haqqında məlumat verdilər, kafedraların elmi-tədqiqat istiqaməti və bu günə olan elmi nailiyyətləri haqqında məlumatları tələbələrin nəzərinə çatdırdılar. Bunlarla yanaşı kafedraların beynəlxalq əlaqələri haqqında, reallaşdırdıqları qrant layihələri haqqında da ətraflı məlumat verildi, xüsusi hazırlanmış videoçarxlar göstərildi.


Bookmark and Share