Biologiya Fakültəsi

"İxtisasa giriş" fənninin tədrisi çərçivəsində I kurs tələbələri ilə görüş keçirildi

01/01/1970



Rektorun müvafiq əmrinə əsasən I kurs tələbələri üçün "İxtisasa giriş" fənninin tədrisi (15 saat həcmində) təşkil olunur. Fakultativ olaraq keçirilən bu fənnin tədrisinin əsas məqsədlərindən biri də tələbələrə fakültədə fəaliyyət göstərən kafedraların tarixi, elmi potensialı, elmi istiqamətləri və perspektivləri haqqında məlumatın verilməsi, tələbələrin elmə cəlb olunmasında motivasiya etmək və universitetin elmi və ictimai həyatında fəal iştirakına şərait yaratmaqdır.





Bu gün I kurs tələbələri qarşısında Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, b.e.d., professor Elşad Məcnun oğlu Qurbanov və Genetika və təkamül təlimi kafedrasının müdiri b.e.d., professor Rauf Ələkbər oğlu Quliyev çıxış edərək, kafedraları haqqında geniş məlumat verdilər və tələbələrin sualları cavablandırdılar.

Bookmark and Share