Biologiya Fakültəsi

"Yaşasın kəpənəklər" adlı sərgi keçirilib

19/10/2022

Bakı Dövlət Universiteti, Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının əməkdaş və magistrantları Nizami kinoteatrında Kolumbiya səfirliyi tərəfindən təşkil olunmuş “Yaşasın kəpənəklər” adlı sərgidə iştirak etdilər. Bu sərgi meşələrin, kanyonların və kolların qorunmasının vacibliyini anlamağa kömək etmək məqsədi ilə kəpənəklərin gözəlliyini, müxtəlifliyini və əhəmiyyətini sənədləşdirir. Kolumbiya bu günə qədər kəşf edilən üç min iki yüzə yaxın növü ilə, kəpənəklərin sayına görə planetin ikinci ən zəngin ölkəsidir.



Bookmark and Share