Yanvar-fevral aylarında Biologiya fakültəsi haqqında olan yeniliklər
25/02/2010Genetika və darvinizm kafedrasının professoru, BDU-nun Qiyabi və əlavə təhsil üzrə prorektoru M.Ş.Babayevin 70 illik yubileyi, elmi pedaqoji fəaliyyətinin 45-illiyi biologiya fakültəsində qeyd olundu. Rektor akad. A.Məhərrəmov Böyük Elmi Şurada prof. M.Ş.Babayevi bu münasibətlə təbrik etdi və onu Fəxri fərmanla təltif etdi.
- Bitki fiziologiyasının müdiri, prof. N.A.Qasımovun 70 illik yubileyi, elmi pedaqoji fəaliyyətinin 45-illiyi biologiya fakültəsində qeyd olundu. Rektor akad. A.Məhərrəmov Böyük Elmi Şurada prof. N.A.Qasımovu bu münasibətlə təbrik etdi və onu Fəxri fərmanla təltif etdi.
- Fevral ayının 15-də Fakültənin Elmi Şurası keçirilmişdir və qış imtahan sessiyası müzakirə olunmuşdur.
- Biokimya və biotexnologiya kafedrasının dosenti Z.M.Məmmədov uzunmüddət üzərində işlədiyi doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir.
- Biokimya və biotexnologiya kafedrasının aspirantı A.F.Əhmədova NATO-nun Elm Sülh yolunda proqramı çərçivəsində elmi-tədqiqat işlərini yerinə yetirmək məqsədilə 1 ay müddətində (15 yanvar-15 fevral) Bolqariyanın Sofiya Universitetində səfərdə olmuşdur.
- Kredit sistemi ilə təhsil alan və əvvəlki semestrlərdən akademik borcu qalan tələbələr akademik borcların ləğv etmək məqsədilə fevralın 16-dan “aşağıdan” kredit götürərək dərslərdə iştirak edirlər. Belə tələbələrin sayı 70-ə qədərdir.
