Biologiya Fakültəsi

Zəfər bayramı münasibətilə könüllülərin konsert proqramı

04/11/2022

04.11.2022-ci il tarixində Bakı Dövlət Universitetində BDU Könüllüləri Biologiya və Şərqşünaslıq fakültələri tərəfindən yaradımış Lin-Orph musiqi klubu Zəfər bayramı münasibətilə konsert proqramı təşkil etmişdir. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konsertdə könüllülərin ifasında "Qarabağ", "Torpağın səsi", "Azərbaycan" və digər vətənpərvər mövzuda musiqilər, həmçinin "Xudayar" təsnifi səsləndirilmişdir.















Bookmark and Share