Biologiya Fakültəsi

Zoologiya. II hissə - Onurğalılar (ali məktəblər üçün dərslik)

08/04/2021

Bakı Dövlət Univetsitetinin Zoologiya və Fiziologiya kafedrasının professoru Canbaxış Nəcəfov və həmin kafedranın dosenti Əbülfəz Tağıyevin müəllifi olduqları “Zoologiya. II hissə- Onurğalılar (ali məktəblər üçün dərslik)” kitabı nəşr olunmuşdur. Müəlliflər bu dərsliyi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə ithaf etmişlər.

Dərslik BDU-nun biologiya fakültəsinin yeni tədris planına uyğun yazılmış və tədris islahatlarının tələblərinə cavab verir. Dərslikdə hər bir sinfin mənşəyi, təkamül yolu, təsnifatı, morfologiyası, ekologiyası, etologiyası, biosenoz və təsərüffat əhəmiyyəti və s. Barədə ətraflı məlumat verilir. Morfologiya funksional baxımdan, ekologiya və etologiya isə populyasiya səviyyəsində izah edilir. Dərslikdə onurğalı heyvanların qorunmasının və səmərəli istifadə edilməsinin elmi əsasları izah edilmişdir.

Dərslik ali məktəblərin biologiya fakültələrində təhsil alan bakalavrlar üçün nəzərdə tutulub. Dərslikdən orta məktəb müəllimləri, aqrar (fermer) təsərüffatı mütəxəssisləri, ovçular, balıqçılar və heyvanlar aləmi ilə maraqlanan oxucular da yararlana bilərlər.




Bookmark and Share