Biologiya Fakültəsi

ZƏRƏRLİ VƏRDİŞLƏRİN İNSAN ORQANİZMİNƏ TƏSİRİ

02/03/2019

2 mart 2019-cu il tarixində Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Zərərli vərdişlərin insan orqanizminə təsiri" mövzusunda seminar keçirilmişdir. Seminarın məqsədi müasir dövrümüzün problemi olan tütün məhsulları, spirtli içkilər və narkomaniya barəsində tələbələri maarifləndirməkdən və sağlam həyat ideasını formalaşdırmaqdan ibarət olub. Seminar zamanı tələbələr zərərli vərdişlərin yaranması, orqanizmə olan zərərlər barədə məlumat vermiş, onların mübarizə üsullarından, bu mübarizədə hər bir insanın böyük rolu olduğundan bəhs etmişlər.
Seminarın ən maraq doğuran və yadda qalan hissəsi isə Kitabxanaçılıq informasiya fakültəsinin sədri Rəcəb Məmmədzadənin tütün məhsullarına, əsasən də siqaretə asılılıq mövzusunda olan nitqi və  Jurnalistika fakültəsinin sədri Ruslan Yusifovun zərərli vərdişlərə qarşı mübarizə üsulları barədə çıxışı olmuşdur.
Sonda tədbir iştirakçıları ilə "Zərərli vərdişləriniz nədir?" "Bu vərdişə başlamaq səbəbiniz?" "Asılılıqdan qurtulma istəyi və Mübarizə üsulunuz nədir?" mövzuları müzakirə olunmuşdur.

UNUTMAYAQ: Zərərli vərdişlərə qarşı mübarizə həyat uğrunda mübarizədir!!!
















Bookmark and Share