Biologiya Fakültəsi

Xəbərlər

11-Cİ BEYNƏLXALQ ELMİ KONFRANS ÖZ FƏALİYYƏTİNƏ BAŞLADI
13/10/2022








| Ətraflı


Ziyəddin Məmmədovun 70 yaşı tamam olub
07/10/2022

Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müdiri, professor Ziyəddin Məmmədovun 70 yaşı tamam olub.













| Ətraflı


Justis Leibig Universitetinin əməkdaşları Bakı Dövlət Universitetinə səfər ediblər
07/10/2022

07.10.2022-ci il tarixində Justis Leibig Universitetinin Heyvanların ekologiyası və sistematikası  fakültəsinin dekanı professor Tomas Vilki və Naturalis Biomüxtəliflik Mərkəzinin professoru Frank Vesselingin Bakı Dövlət Universitetinin Biologiya fakültəsində qonaq oldular.













| Ətraflı


Qara Mustafayevin xatirəsi anıldı
07/10/2022

Biologiya fakültəsində professor Qara Mustafayevin xatirəsinə həsr olunmuş "Ornitoloji problemlərin ekoloji aspektləri" mövzusunda dəyirmi masa keçirilib












| Ətraflı


Vilayət Abdiyevin 70 yaşı tamam oldu
30/09/2022

Botanika və Bitki fiziologiya kafedrasının professoru Vilayət Abdiyevin 70 yaşı tamam oldu












| Ətraflı


ELAN
21/09/2022

21 oktyabr 2022-ci il tarixində saat 15.00-da Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

| Ətraflı


BİOLOGİYADA MÜASİR NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR
07/09/2022

13-14 oktyabr 2022-ci il tarixində Akademik Mirəli Axundovun 120-ci ildönümünə həsr olunmuş “Biologiyada müasir nailiyyətlər və çağırışlar” adlı Beynəlxalq konfrans keçiriləcək.





| Ətraflı


Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının dosenti Sevinc Hümmətova Geo-park, Geo-turizm və Eko-turizm proqramı üzrə Çex Respublikasında konfransda iştirakı
07/09/2022

















| Ətraflı


Biologiya fakültəsinin əməkdaşları Qızılağac və Hirkan Milli Parkında tədqiqat aparıb
17/08/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin əməkdaşları Qızılağac və Hirkan Milli Parkında tədqiqat aparıblar.










| Ətraflı


BDU məzunları AQTA-da işə qəbul ediləcək
17/08/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  mütəxəssislərinin iştirakı ilə Biologiya fakültəsinin məzunlarının iş imkanlarının dəyərləndirilməsi və onların gələcək inkişafının təmin edilməsi məqsədilə görüş təşkil edilib.








| Ətraflı


Biologiya fakültəsinin tələbələri \"AZecolab Company\" şirkətində təcrübədə
27/07/2022

Biologiya fakültəsinin "Biologiya" ixtisası üzrə III kurs tələbələri Əliyev Elşən İlyas oğlu və Allahverdiyeva Sevinc Namik qızı "AZecolab Company" şirkətində yay təlim-təcrübə proqramında iştirak edirlər.










| Ətraflı


Biologiya fakültəsi Zoologiya və fiziologiyası kafedrasının dosenti Çingiz Ağamusa oğlu Məmmədovun 60 yaşı tamam oldu
06/07/2022

Biologiya fakültəsi Zoologiya və fiziologiyası kafedrasının dosenti Çingiz Ağamusa oğlu Məmmədovun 60 yaşı tamam oldu















Biologiya fakültəsi Botanika və bitki fiziologiyası kafedrasının dosenti Çingiz Ağamusa oğlu Məmmədovun 60 yaşı tamam oldu.

Çingiz Məmmədov 1962-ci il iyun ayının 26-da Kürdəmir şəhərində anadan olub. 1969-1979-cu illərdə Kürdəmir şəhərində 2 № li orta məktəbi bitirib. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub və 1984-cü ildə universiteti bitirərək bioloq ixtisası alıb.

1984-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda “Balıq ehtiyatlarının artırılması” laboratoriyasında baş laborant, 1985-1986-cı illərdə həmin laboratoriyada kiçik elmi işçi, 1986-1988-ci illərdə “İxtiologiya” laboratoriyasında kiçik elmi işçi, 1992-1993-cü illərdə həmin laboratoriyada elmi işçi, 1993-1994-cü illərdə isə həmin laboratoriyada böyük elmi işçi vəzifəsində çalışıb.

1991-ci ildə Moskva şəhərində Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı və Okeanologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə“Kür nərəsi (Acipenser gueldenstaedtii persicus) körpələrinin davranış reaksiyalarında kimyəvi resepsiyanın rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1994-cü ildə Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Xəzər Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutuna (KASPNİRH) dəvət olunub və 2002-ci ilədək “Sənaye balıqlarının artırılmasının biotexnologiyası” laboratoriyasında böyük elmi işçi vəzifəsində işləyib. Həmin İnstitutda işlədiyi illər ərzində “Nərələrin mayalanmış kürülərinin yeni inkubasiya üsulu” adlı ixtira edib və bu ixtira üçün Rusiya Federasiyasının (№ 2165696) Patentini alıb. Həmin Patent Həştərxan vilayətində yerləşən nərəbalıqartırma zavodlarında və Azərbaycan Respublikasının Xıllı nərəbalıqartırma zavodunda geniş miqyasda istehsalata tətbiq edilib və yüksək iqtisadi nəticələr əldə edilib.

2002-ci ildə yenidən Respublikamıza qayıdıb və 2002-2003-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunda “Balıqların süni artırılması və əmtəə balıqçılıq” laboratoriyasının müdiri vəzifəsində işləyib.

2003-2008-ci illərdə Respublikamızda yeni tikilib istifadəyə verilmiş Xıllı nərəbalıqartırma zavodunda istehsalat laboratoriyasının müdiri vəzifəsində işləyib. 2008-ci ildə yenidən Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutuna qayıdıb və 2008-2014-cü illərdə həmin İnstitutda yenidən “Balıqların süni artırılması və əmtəə balıqçılıq” laboratoriyasının müdiri vəzifəsində işləyib.

2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası” kafedrasında 0,5 ştat dosent vəzifəsində, 2015-ci ildən həmin kafedrada tam ştat dosent vəzifəsində işləyib. Hazırda Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının dosentidir.

Ali təhsilin bakalavriat səviyyəsində “İxtiologiya”, “Akvakulturalar”, “Marikulturaların biotexnologiyası”, “Balıqçılıq”, “Balıqların yemləndirilməsi” və “İxtiopatologiya”, magistratura səviyyəsində isə “Balıqların embriologiyası və fiziologiyası”, “Balıqların davranışı və miqrasiyası”, “İxtisasın metodları”, “Qapalı su təchizatı sistemlərində hidrobiontların yetişdirilməsi” və “Hidrobiontların ekoloji fiziologiyası” fənnlərindən mühazirə və seminar dərsləri aparır.

Bir çox magistrantların dissertasiya işinə rəhbərlik edib və müxtəlif beynəlxalq simpozium, konqres, konfrans və seminarlarda iştirak edib. Yerli və xarici elmi jurnallarda, konfrans, konqres və simpozium materiallarında, həmçinin monoqrafiya və dərslik formasında çap olunmuş 140 elmi əsərin müəllifidir.

1 Beynəlxalq patentin, 1 təlimatların, 1 monoqrafiyanın, 1 kollektiv kitabın və 3 dərsliyin müəllifidir. 41 elmi məqaləsi yerli və xarici jurnallarda dərc olunub. Onlardan 24-ü xarici elmi jurnallarda, o cümlədən 4 məqaləsi impakt-faktorlu (Web of science) jurnallarda çap olunub. 88 konfrans, konqres və simpozium materiallarının (məqalə və tezislərin) müəllifidir. BDU-nun Biologiya fakültəsinin bakalavriatura və magistratura səviyyələri üzrə 17 fənn üçün tərtib olunmuş tədris proqramlarının müəllifi və həmmüəlifidir.

2018-cı ildən etibarən Bakı Dövlət Universitetinin Zooologiya və fiziologiya kafedrasının 2401.01- “Zoologiya” ixtisası üzrə dövlət büdcəsi hesabına elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə doktorantıdır. “Kür nərəsinin (Acipenser gueldenstaedtii persicus Borodin, 1897) morfoloji, fizioloji, ekoloji xüsusiyyətləri və süni artırılma biotexnologiyasının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işimi artıq yekunlaşdırıb və yaxın vaxtlarda onun müdafiəyə təqdim olunmasını planlaşdırır.

Çingiz Məmmədovu yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmdə yeni uğurlar arzulayırıq.

| Ətraflı


Magistrantların dissertasiya işlərinin müdafiəsi uğurla başa çatmışdır
05/07/2022

Biologiya fakültəsinin magistratura pilləsində 01.07.22 ci il və 04.07.22 ci il tarixlərində Biologiya, Su bioehtiyatları və akvabitkilər  ixtisaslarında 20 ixtisaslaşma üzrə dissertasiya işlərinin müdafiəsi uğurla başa çatmışdır.





| Ətraflı


Buraxılış işlərinin müdafiəsi sona çatdı
01/07/2022

01 iyul 2022-ci il tarixində Biologiya fakültəsində bakalavriatura pilləsi üzrə buraxılış işlərinin müdafiəsi sona çatmışdır.










| Ətraflı


Magistratura dissertasiya işlərinin müdafiəsinə start verildi !
30/06/2022

2021-2022-ci tədris ilində magistratura pilləsi  üzrə 54 nəfər  magistrantın dissertasiya işlərinin müdafiəsi keçiriləcəkdir.

| Ətraflı


Biologiya fakültəsində dissertasiya işinin müzakirəsi keçirilmişdir
29/06/2022

Biologiya fakültəsində dissertasiya işinin müzakirəsi keçirilmişdir











| Ətraflı


Buraxılış işlərinin müdafiəsinə start verildi
17/06/2022

17 iyun 2022-ci il tarixindən etibarən Biologiya fakültəsində bakalavriatura pilləsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır. 2021-2022-ci tədris ilində 104 nəfər ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbənin Yekun Dövlət Attestasiyası keçiriləcəkdir.








| Ətraflı


ELAN
07/06/2022

16 iyun 2022-ci il, saat 11:00-da Bakı Dövlət Universitetinin Biologiya fakültəsində dissertasiya işi müzakirəsi keçiriləcəkdir


| Ətraflı


Biologiya fakültəsinin tələbələri fənnyönümlü təcrübədə
06/06/2022

Biologiya fakültəsinin tələbələri fənnyönümlü təcrübədə











| Ətraflı


ELAN
25/05/2022

29 iyun 2022-ci il, saat 11:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının iclasında dissertasiya işi müdafiəsi keçiriləcəkdir

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |