Xəbərlər
BDU-nun dosentləri İspaniyanin L-Coruna Universitetində10/08/2016
Bakı Dövlət Universitetinin Biologiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin dosentləri Səbinə Ömərova Yaşar Ömərov və Elmina Qədirli Tempus proqramı çərçivəsində İspaniyanin L-Coruna Universitetində olublar.
BDU-da Elmi Şuranın bu tədris ili üçün son genişləndirilmiş iclası keçirilib
11/07/2016
BDU-da Elmi Şuranın bu tədris ili üçün son genişləndirilmiş iclası keçirilib. İlin nəticələrinə görə Bilologiya fakültəsinin iki müəllimi mükafata layiq görülmüşdür. Belə ki, Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov “İlin kafedra müdiri”, Genetika və təkamül təlimi kafedrasının professoru Məcnun Babayev isə “İlin müəllimi” adlarına layiq görülüblər.
“Müasir Biologiyanın innovasiya problemləri” mövzusunda VI beynəlxalq elmi konfrans
27/04/2016
Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənc alimlərin və tədqiqatçıların “Müasir Biologiyanın innovasiya problemləri” mövzusunda VI beynəlxalq elmi konfransı keçirilib.
Fakültənin birinci kurs tələbələri «Gələcəyimizin ciddi təhlükəsi-GMO» adlı seminar verdi
25/04/2016
Bakı Dövlət Universitetinin Fatimə Almuradova və Zərifə Baxşıyeva 23.04.2016 tarixində dosent Sevda Tahirlinin rəhbərliyi ilə "Gələcəyimizin ciddi təhlükəsi-GMO" adlı genetik modifikasiya olunmuş orqanizmlərlə bağlı seminar vermişdir.
İspaniyalı professor Astrobiologiya mövzusunda seminar verdi
31/03/2016
Mart ayının 31-də Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilmişdir.
Biologiya fakültəsinin tələbələri Həsən bəy Zərdabi adına təbiət tarixi muzeyində olublar
23/02/2016
Bakı Dövlət Universitetinin biologiya fakültəsinin ikinci kurs tələbələri dosent Əbülfəz Tağıyevin rəhbərliyi ilə Həsən bəy Zərdabi adına təbiət tarixi muzeyində olublar.
Elmi Şuranın növbəti iclası keçirilib
03/02/2016
Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
BDU alt qruplarda ödənişi ləğv etdi
21/01/2016
Bakı Dövlət Universiteti Elmi Şurasının bu gün keçirilən iclasında 2016-cı ilin fevral ayından başlayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi geniş müzakirə edilib.
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi
19/01/2016
Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.
Təhsil mütəxəssisləri BDU-da imtahan prosesini izləyib
12/01/2016
Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrində nəzərdə tutulduğu kimi təhsil mütəxəssisləri və QHT nümayəndələrindən ibarət monitorinq qrupu bu gün Bakı Dövlət Universitetində qış imtahan sessiyasının gedişi ilə tanış olublar.
Professor Elşad Qurbanovun 65 yaşı tamam olub
05/01/2016
Bakı Dövlət Universitetinin biologiya fakültəsinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanovun yanvarın 2-də 65 yaşı tamam olub.
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
29/12/2015
Bu gün Bakı Dövlət Universitetində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən bəhs edib.
Xarici ekspertlər Biologiya fakültəsində olublar
18/12/2015
“Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” adlı TVINNINQ layihəsi çərçivəsində Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalain, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattis Bakı Dövlət Universitetində olublar.
Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirildi
17/12/2015
Dekabr ayının 17-də Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilmişdir. Məruzəçi fakültənin ingilis bölməsinin III kurs tələbəsi Şükürova Şəhla “İkincili döş vəzi xərçənginin qarşısının alınması” mövzusunda çıxış etmişdir.
BDU tələbələri Xıllı Nərə balıqartırma zavodunda olublar
30/11/2015
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bir qrup tələbəsi dosent Əbülfəz Tağıyevin rəhbərliyi ilə Xıllı Nərə Balıqartırma zavoduna nəzəri-praktiki biliklərin mənimsənilməsi məqsədi ilə ekskursiyada olublar.
Biologiya fakültəsi tərəfindən doqquz qrant layihəsi üzrə iş reallaşdırılıb
23/11/2015
Ötən il Bakı Dövlət Universitetinin biologiya fakültəsi tərəfindən doqquz qrant layihəsi üzrə iş yerinə yetirilib. Həmin qrant layihələrindən üçü respublikadaxili, altısı isə beynəlxalq layihədir.
BDU-da QİÇS-lə əlaqədar könüllü müayinələr aparılıb
20/11/2015
Bu gün Bakı Dövlət Universitetində Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən insanın immunçatışmazlığı virusuna (İİV) ekspress-test üsulu ilə könüllü müayinələr aparılıb.
Rusiya İstintaq Komitəsinin sədri BDU-da mühazirə oxuyub
16/10/2015
Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, Rusiyanın «Əməkdar hüquqşünası», professor Aleksandr Bastrıkinin Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov görkəmli dövlət xadimi Adeksandr Bastrıkinin yenidən universitetə gəlişini yüksək qiymətləndirib, bu görüşün universitet kollektivi, xüsusən tələbələr üçün əhəmiyyətli olacağını bildirib.
Botanika kafedrasının baş laborantı Hüseynova Səbinə Çexiya Respublikasına elmi səfər edib
02/09/2015
Biologiya fakültəsi, Botanika kafedrasının baş laborantı Hüseynova Səbinə Azər qızı doktorluq dissertasiyasının praktik hissəsini həyata keçirmək məqsədilə bu ilin avqust ayında Çexiya Respublikasına elmi səyahət etmişdir.
Mikrobiologiya kafedrasının müdiri, prof. Xudaverdi Qənbərov Avropa İttifaqının TEMPO proqramı çərçivəsində İspaniyanın Coruna Universitetində olub
17/08/2015
Bakı Dövlət Universitetinin Mikrobiologiya kafedrasının müdiri, prof. Xudaverdi Qənbərov Avropa İttifaqının TEMPO proqramı çərçivəsində 1 ay müddətində (01iyun-01iyul 2015 tarixində) İspaniyanın Coruna Universitetində təbiət elmləri fakültəsində yaradıcılıq təcrübəsi keçmişdir.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |