Biologiya Fakültəsi

Xəbərlər

Biologiya fakültəsinin dekanı professor Akif Quliyevin Bayram TƏBRİKİ
30/12/2014

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin rəhbəri kimi fakültənin müəllim və tələbə heyəti adından bütün azərbaycanlıları həm "Dünya Azərbaycanlılarının Həmrəylik Günü", həm də "Yeni İl" bayramı münasibətilə ürəkdən təbrik edir və bu Yeni ildə xalqımıza can sağlığı, uzun ömür və yeni-yeni uğurlar qazanmasını arzulayıram.

| Ətraflı


BDU-da qış imtahan sessiyası başlayıb
30/12/2014

Bakı Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrində (əyani və qiyabi şöbələr üzrə) qış imtahan sessiyası başlayıb. Yanvarın 17-də başa çatacaq imtahanlar bir qayda olaraq yazılı formada həyata keçiriləcək, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və ya test üsulu ilə aparılacaq.

| Ətraflı


Elmi Şuranın genişləndirilmiş iclası keçirilib
26/12/2014

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giris sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və gündəliyi elan edib.




| Ətraflı


Biologiya fakültəsinin tələbələri “İlin ən yaxşı şam ağacı” müsabiqəsinin qalibi oldu
26/12/2014

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəsinə  uyğun olaraq bu il də “İlin ən yaxşı şam ağacı” müsabiqəsini həyata keçirib. Universitetin 17 fakültəsi “İlin ən yaxşı şam ağacı”nı təqdim edib. 



| Ətraflı


Biologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib
25/12/2014

Bu  gün Biologiya fakültəsində (461-saylı auditoriyada) Elmi Şuranın bu il üçün sonuncu iclası keçirilmişdir. İclasda sədr: fakültə dekanı prof. Akif Quliyev, katib b.e.n. Samirə Hümmətova və kafedralar üzrə şunanın üzvləri iştirak etmişdir. İclası giriş sözü ilə prof. Quliyev A.Ə. açaraq gündəmdə olan aşağıdakı məsələləri müzakirəyə təqdim etmişdir.

| Ətraflı


Biologiya fakültəsi üzrə \"İlin Ən Yaxşı Tələbəsi\" müsabiqəsinin qalibləri bəlli oldu
24/12/2014

Bu gün fakültələr üzrə elan olunmuş "İlin ƏN Yaxşı Tələbəsi" müsabiqəsinin nəticələri elan olundu. Belə ki, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. 


| Ətraflı


Biologiya fakültəsinin 80 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirildi
20/12/2014

Biologiya fakültəsinin dekanı prof. A.Ə. Quliyev və fakültənin əməkdaşlarının birgə təşəbbüssü ilə 19-20 dekabr tarixləri müddətində BDU-nun Biologiya fakültəsinin 80 illik yubileyinə həsr olunmuş "Eksperimental biologiyanın inkişaf perspektivləri" mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Konfransda 3 dildə, cəmi 176 sayda məqalə və tezislər çap olunmuşdur.

| Ətraflı


Bakı Dövlət Universitetinin 95 illik təntənəli yubiley tədbiri
18/12/2014

Bakı Dövlət Universitetində bu ali təhsil müəssisəsinin 95 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları universitetin təsis olunmasını əks etdirən rəsm tablosuna, BDU-nun 95 illiyi ilə bağlı sərgiyə və qrafik filmə baxıblar. Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” kəlamını xatırladıb.

| Ətraflı


ELAN
12/11/2014

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsini elan etmişdir.




| Ətraflı


BDU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib
15/10/2014

Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giris sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və gündəliyi elan edib.




| Ətraflı


Tempus proqramı koordinatorları bu dəfə Bakı Dövlət Universitetində
08/10/2014

Beynəlxalq Tempus proqramı rəhbərləri və bir qrup iştirakçıları (18 xarici təmsilçi) oktyabr ayının 6-7-si tarixləri arasında Bakıda olmuşdur. Bu görüş SESREMO Layihəsi koordinasiyası çərçivəsində həyata keçirilmiş və başlıca olaraq Bakı Dövlət Universitetinin rəhbərliyi ilə təşkil olunmuşdur.


| Ətraflı


Çexiyanın ölkəmizdəki səfiri BDU-da olub
23/09/2014

Çexiyanın ölkəmizdəki səfiri Vitezslav Pivonka Bakı Dövlət Universitetində olmuşdur. Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib. Həmçinin, Biologiya fakültəsinin dekanı professor Akif Quliyev də qəbulda iştirak etmiş və fakültənin yeni uğurları və müasir strukturu ilə səfiri tanış etmişdir.

| Ətraflı


Botanika kafedrasında Herbari fondunun açılışı olub
16/09/2014

15 сентйабр Bilik günü münasibətilə ректор, акадemik Аbel Мящяррямовун иштиракы иля Щербари фондунун дцнйа стандартларына уйьун тямир едилдикдян сонра тянтяняли ачылышы олуb. Бу фондун щербариляри кафедра йаранандан (1920-ъи илдян) Азярбайъан Республикасынын мцхтялиф ботаники-ъоьрафи районларындан йыьылмыш материаллар ясасында щазырланыb.

| Ətraflı


Biologiya fakültəsinin professor - müəllim heyəti Çexiyanın Karlov Universitetininə ezam olunub
01/09/2014

Biologiya fakültəsinin bir qrup professor – müəllim heyəti (aşağıda adları qeyd olunub) 18 avqust – 29 avqust 2014 tarixində qarşılıqlı əməkdaşlıq çərçivəsində Çexiyanın Praqa şəhərində yerləşən Karlov Universitetininə ezam olunmuşdurlar.



| Ətraflı


Mardoviya Dövlət Universitetinin nümayəndə heyəti BDU-da olub
24/06/2014

Ali peşə təhsili üzrə federal dövlət təhsil müəssisəsi N.P.Oqaryov adına Mardoviya Dövlət Universitetinin rektoru Serqey Mixayloviç Vdovin, həmin universitetin Rus dili kafedrasının professoru Akimova Elvira Nikolayevna və Biotexnologiya kafedrasının professoru Kadimaliyev Davud Aliyeviç Bakı Dövlət Universitetində olublar. 

| Ətraflı


Mikrobiologiya kafedrasının baş laborantı dissertant E.M.Musayev Avropa Biotexnoloji Kongresində iştirak edib
27/05/2014

BDU – nun Mikrobiologiya kafedrasının baş laborantı dissertant Eynulla Musa oğlu Musayev  15 – 18 may 2014 – cü il tarixində İtaliyanın Lecce şəhərində keçirilən Avropa Biotexnoloji Kongresində iştirak etmişdir.



| Ətraflı


Rektor Abel Məhərrəmov Biologiya fakültəsinin tələbələri ilə görüşüb
26/05/2014

Bu gün rektor, akademik Abel Məhərrəmov Biologiya və digər 3 fakültənin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Görüşdə Biologiya, Beynəlxalq münasibətlər və İqtisadiyyat, Tarix və Sosial elmlər və Psixologiya fakültələrinin tələbələri ilə yanaşı dekan və kafedra müdirləri də iştirak edib.


| Ətraflı


“Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusunda konfrans keçirildi
12/05/2014

Bu gün Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusunda 4-cü Beynəlxalq Elmi konfrans keçirilib.



| Ətraflı


Gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda IV Beynəlxalq elmi konfrans
01/04/2014

2014-cü il may ayının 16-17-də Bakı Dövlət Universitetinin  Biologiya fakültəsində Gənc alimlərin və tədqiqatçıların  “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransda yaşı 35-ə qədər olan şəxslər iştirak edə bilər.


| Ətraflı


Fakültə dekanı prof. Akif Quliyevin Novruz bayramı təbriki
21/03/2014

Novruz təbiətin canlanması və torpağın oyanması bayramıdır. Bu gözəl bayram münasibətilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bütün müəllim və tələbə kollektivi adından Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, xalqımıza bahar əhval-ruhiyyəli xoş və mənalı günlər yaşamağı və hər bir Azərbaycan ailəsinə cansağlığı arzulayıram.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |