Xəbərlər
Onurğasızlar zoologiyası kafedrasının müəllimi b.e.d. A.A.Manafov Rusiya Federasiyası trematodoloqların dəyirmi masasında iştirak edib23/01/2014
BDU-nun Zoologiya kafedrasının müəllimi, AMEA-nın Zoologiya İnstitutunun “Su heyvanlarının parazitləri” laboratoriyasının müdiri, b.e.d. Asif Abbas oğlu Manafov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olmuşdur.
Botanika kafedrasının professoru A.Məmmədova Macarıstana dəvət alıb
02/12/2013
Botanika kafedrasının professoru Afət Məmmədova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali təhsil, orta ixtisas təhsili və elm şöbəsinin müdiri Gültəkin Hüseynova və Xəzər Universitetinin Doktorantura və elmi hissəsinin müdiri dos. Eldar Şahgəldiyev ilə birlikdə Avropa komissiyasının rəsmi dəvəti ilə 29.11.2013-cü il tarixindən 30.11.2013-cü il tarixinədək Macarıstan Respublikasının Budapeşt şəhərinə ezam edilmişdirlər.
Biologiya fakültəsinin bir qrup professor – müəllim heyəti Çexiyanın Karlov Universitetininə ezam olunub
10/09/2013
Biologiya fakültəsinin bir qrup professor – müəllim heyəti 23 avqust – 02 sentyabr 2013 tarixində qarşılıqlı əməkdaşlıq çərçivəsində Çexiyanın Praqa şəhərində yerləşən Karlov Universitetininə və Kimyəvi Texnologiya İnstitutuna ezam olunmuşdurlar.
Mikrobiologiya kafedrasının müdiri, prof. X.Q.Qənbərov Minsk şəhərində Beynəlxalq elmi konfransda iştirak edib
10/06/2013
BDU – nun Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qənbər oğlu Qənbərov 4 – 6 iyun 2013 – cü il tarixində Belarusiyanın Minsk şəhərində Beynəlxalq elmi konfransda iştirak etmişdir.
Yaşıl yosunlardan hidrogen istehsalının yeni kəşfləri çap olunub
15/05/2013
Uppsala Universiteti tərəfindən aparılan yeni tədqiqatın nəticələri, əvvəlki nəticələrə əsaslanaraq - gələcəkdə yaşıl yosunlardan effektiv hidrogen istehsalının mümkünlüyünə ümid verir. PNAS -jurnalında (bax istinad olunmuş məgaləyə) nəşr olunmuş tədqiqat işi, yaşıl yosunun fəaliyyəti haqda olan fikri dəyişir - bu da yaxşı bir yenilikdir.
Fakültə dekanı professor Akif Quliyevin bayram təbriki
31/01/2013
“At” – arzu, murad, istək deməkdir. 2014-cü ilin “At ili” olması baxımından, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin rəhbəri kimi fakültənin müəllim və tələbə heyəti adından bütün azərbaycanlıları həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir və bu Yeni ildə xalqımızın hər bir nümayəndəsinin bütün arzu və istəklərinin həyata keçməsini arzulayıram.
Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
14/11/2012
Xalq yazıçısı, milyonların qəlbinə yol tapmış, məşhur dedektiv yazarı Çingiz Abdullayev Biologiya fakültəsinin qonağı oldu.
Biologiya fakültəsi növbəti beynəlxalq layihəsini qazandı
08/11/2012
BDU – nun Biologiya fakultəsi, Avropa Birliyi ERASMUS Mundus proqramı üzrə yeni layihəyə qoşulub.
Doktorantura və dissertantura pilləsinə ixtisas fənnindən qəbul proqramı
19/10/2012
Biologiya fakültəsinin (2012 - 2013) doktorantura və dissertantura pilləsinə ixtisas fənnindən qəbul proqramı
| ƏtraflıAlmaniyanın Manheim Tətbiqi Elmlər Universitetində “Biotexnologiya ilə ilkin təmas” adlı tanışlıq səfəri
10/10/2012
30.10.2012 – ci il tarixindən 06.10.2012 – ci il tarixinədək Bakı Dövlət Universiteti, Heydelberq Universiteti, Mannheim Tibb Fakültəsi, Mannheim Tətbiqi Elmlər Universiteti, Həkimlər və Təbib Tələbələr Birliyinin əməkdaşlığı ilə Almaniyanın Mannheim şəhərində gənc bioloqlar və həkimlər üçün “Biotexnologiya ilə ilk təmas” adlı tanışlıq səfəri təşkil edilmişdir.
| Ətraflı
Mikrobiologiya kafedrasının əməkdaşı İsrayılova Aygün ezamiyyətdən qayıdıb
28/06/2012
Rektorun əmrinə əsasən 26.03 – 30.06.12 tarixi müddətində Mikrobiologiya kafedrasının baş laborantı və magistrantı A.Ə. İsrayılova Çexiya Respublikasının Praqa şəhərində Kimya Texnologiyaları İnstitutunda elmi ezamiyyətdə olmuşdur. Bu müddət ərzində magistrant müxtəlif süd məhsullarından süd turşusu bakteriyalrını ayırmışdı.
Görkəmli alim, əməkdar elm xadimi, prof. M.A.Axundovun anadan olmasının 110 – cu ildönümü münasibəti ilə Beynəlxalq Elmi Konfrans keçirildi
30/05/2012
Biologiya fakültəsinin dekanı prof. A.Ə. Quliyev və fakültənin əməkdaşlarının təşəbbüssü ilə görkəmli alim, əməkdar elm xadimi, prof. M.A.Axundovun anadan olmasının 110 – cu ildönümü münasibəti ilə Gənc Alimlərin və Tədqiqatçıların “Müasir Biologiyanın İnnovasiya Problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi. Konfransda Azərbaycanla yanaşı, İran, Türkiyə, Özbəkistan, Bolqarıstan və s. ölkələrdən materiallar toplanmışdır.
Mikrobiologiya kafedrasinin əməkdaşlarının Almaniyanın Berlin şəhərində monoqrafik əsəri çapdan çıxmışdır.
25/05/2012
Mikrobiologiya kafedrasinin əməkdaşlarının Almaniyanın Berlin şəhərində yerləşən BEYNƏLXALQ "LAMBERT" nəşriyyat evində "Изменчивость дрожжей и коррекция их свойств элэктромагнитными полями" аdlı monoqrafik əsəri 2012-ci ildə çapdan çıxmışdır.
| Ətraflı
ABŞ – ın Pittsburq şəhərində Beynəlxalq Elm və Mühəndislik sərgisi keçirildi
22/05/2012
2012 – ci il 13-18 may tarixində ABŞ – ın Pittsburq şəhərində “Sabahın alimlər” devizi altında Beynəlxalq Elm və Mühəndislik sərgisi keçirildi. Respublika Müsabiqəsi qaliblərinin səfərini təşkil etmək məqsədi ilə müsabiqənin Elmi Ekspertiza Komitəsinin sədri, Biologiya fakültəsinin, Biofizika və Molekulyar Biologiya kafedrasının professoru Rövşən Xəlilovun ABŞ Pittsburq şəhərinə ezam olunmuşdur.
| ƏtraflıMikrobiologiya Kafedrasının müdiri, prof. X.Q. Qənbərov \\\\\\\\\\\\\\\\
15/05/2012
Mikrobiologiya Kafedrasının müdiri, prof. X.Q. Qənbərov 12-14 aprel 2012-ci il tarixində Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində keçirilən "EUROBİOTECH-2012" Beynəlxalq simpoziumunda iştirak etmiş və "Antimicrobial activity of essential oils of aromatic plants" mövzusunda elmi məruzə ilə çıxış etmişdir.
| ƏtraflıBiologiya fakültəsinin TEC-nin seminarı keçirildi
03/05/2012
03.05.2012 tarixində TEC-nin növbəti seminarı keçirildi. Seminarda “Azərbaycan Ornitoloji Cəmiyyəti” (AOS) qeyri-hökümət təşkilatının sədri, biologiya üzrə fəsəfə elmləri doktoru Elçin Sultanov və cəmiyyətin əməkdaşı Sevinc Saruxanova “Azərbaycanda quşların tədqiqi və mühafizəsi” mövzusunda çıxış etdilər. İlk olaraq Sevinc xanım AOS haqqında, cəmiyyətin məşğul olduğu işlərdən, burada aparılan tədqiqatlardan geniş məlumat verdi.
E L A N
01/05/2012
03.05.2012 tarixində saat 12.00-da Biologiya fakültəsi, İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı keçiriləcək. Seminarda b.e.n. Elçin Sultanov “Azərbaycanda quşların tədqiqi və mühafizəsi” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.
| ƏtraflıBiologiya fakültəsinin TEC-nin seminarı keçirildi
26/04/2012
26.04.2012 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda Mikrobiologiya və virusologiya kafedrasının professoru b.e.d. Xudaverdi Qəmbərov “Qurani Kərimdə bioloji fikirlər” mövzusunda çıxış etdi. Seminar məruzəçinin yazdığı kitab əsasında qurulmuşdur. Burada Xudaverdi müəllim bir qədər kitabın yazılma tarixçəsindən, kitabı yazdığı ərəfədə qarşılaşdığı çətinliklərdən söhbət açdı. Sonra Qurani Kərimdə yazılan bəzi ayələrin elmi açıqlamalarını izah etdi.
E L A N
23/04/2012
26.04.2012 tarixində saat 12.00-da İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı keçiriləcək. Seminarda prof. Xudaverdi Qəmbərov “Qurani Kərimdə bioloji fikirlər” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.
| ƏtraflıBiologiya fakültəsinin TEC-nin seminarı keçirildi
19/04/2012
19.04.2012 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda Alıyeva Nigar “Sağlam qidalanma” mövzusunda çıxış etdi. Seminar məruzəçinin bu mövzuda yazdığı kitab əsasında təşkil olunmuşdur. Burada sağlam qidalanmanın üstünlükləri, belə qidalanmanın yolları, bizə mənfi təsir göstərən qidalanma yolları haqqında geniş məlumat verildi.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |