Biologiya Fakültəsi

Xəbərlər

E L A N
17/04/2012

19.04.2012 tarixində saat 12.00-daİnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı keçiriləcək. Seminarda II kurs magistrantı Alıyeva Nigar “Sağlam qidalanma” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Biologiya fakültəsində Beynəlxalq elmi konfransı keçiriləcəkdir
11/04/2012

2012-ci il may ayının 25-26-da Bakı Dövlət Universitetinin  Biologiya fakültəsində görkəmli alim, əməkdar elm xadimi, prof. Mirəli Abdulla oğlu Axundovun anadan olmasının 110-cu ildönümü münasibəti ilə Gənc alimlərin və tədqiqatçıların  “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda Beynəlxalq elmi konfransı keçiriləcəkdir. Konfransda yaşı 35-ə qədər olan şəxslər iştirak edə bilər.

| Ətraflı


ELAN
03/04/2012

05.04.2012 tarixində saat 12.00-daBiologiya fakültəsinin “İnsan və heyvan fiziologiyası” kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı keçiriləcək. Seminarda III kurs tələbəsi Abdullayeva Aysel “Yuxu və yuxugörmə” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Biologiya fakultəsinin kollektivi təbrik edir
30/03/2012

Bu yaxınlarda Bakı Dövlət Universitetinin biofizika və molekulyar biologiya kafedrasının professoru, AMEA Radiasiya Problemləri Institutunun Radioekologiya laboratoriyasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən İbrahimxəlil oğlu Xəlilovun anadan olmasının 60 illiyi, elmi-pedaqoji fəaliyyətinin 40 illiyi tamam olur.

| Ətraflı


TEC-nin növbəti seminarı keçirildi
28/03/2012

15.03.2012 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda I kurs magistrant Xəlilova Gülnar “Bal arıları və bal” mövzusunda çıxış etdi. Magistrant Xəlilova ilk növbədə qədim kitabələrdə, qədim mənbələrədə yazılmış, eyni zamanda Aristotelin, İbn Sina, Makedoniyalı İsgəndərin bal arıları haqqında müşahidələr nəticəsində əldə etdikləri məlumatları auditoriyaya çatdırdı.

| Ətraflı


Biologiya fakultəsinin kollektivi təbrik edir
19/03/2012

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011 ci ilin noyabrında elan etdiyi "Gənc alim və mütəxəssislərin qrant layihələri müsabiqəsi"nin (EİF/GAM-2011-2(4)-FT) cavabları 19.03.2012 tarixində açıqlandı.

| Ətraflı


E L A N
12/03/2012

15.03.2012 tarixində saat 12.00-da Biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı keçiriləcək. Seminarda I kurs magistrantı Xəlilova Gülnar “Bal arıları və bal” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi
29/02/2012

29.02.2012 tarixində Biologiya fakültəsinin TEC-nin bu ildə ilk seminarı keçirildi. Seminarda Onurğalılar zoologiyası kafedrasının əməkdaşı Hüseynova Səbinə “İnsanın təkamül yolu” mövzusunda çıxış etdi. Seminar ingilis dilində aparıldı. Burada insanın yaranışından, nəsli kəsilmiş müxtəlif insan növlərindən bəhs edildi. Eyni zamanda dünya üzrə antropologiya sahəsində olan yeni kəşflərdən də danışıldı.

| Ətraflı


“Hüceyrə və toxuma mühəndisliyi” mövzusunda mühazirə keçirildi.
29/02/2012

29.02.2012 tarixində oxu zalında Bredford Universitetinin əməkdaşı doktor Bəhruz Xəqani interaktiv olaraq “Hüceyrə və toxuma mühəndisliyi” mövzusunda mühazirə keçirdi. Mühazirə adı çəkilən universitetdə aparılan tədqiqatlar əsasında təşkil olunmuşdur. Burada toxuma mühəndisliyinin əhəmiyyəti, prespektivləri, aparılan tədqiqatlar nəticəsində əldə olunan naliyyətlər haqqında geniş məlumat verildi. Belə tədqiqatların əsas əhəmiyyəti donor orqanlarının alınması probleminin həllindən ibarətdir. Hal-hazırda bu sahədə tədqiqatlar davam edir. Gələcəkdə bu cürə interaktiv mühazirələrin yenidən təşkili gözlənilir.

| Ətraflı


Elan
28/02/2012

29.02.2012 tarixində saat 1100-da əsas korpusun IV mərtəbəsində yerləşən müəllimlər üçün oxu zalında Böyük Britaniyanın Bredford Universitetinin əməkdaşı doktor Bəhruz Xəqani interaktiv olaraq  “Hüceyrə və toxuma mühəndisliyi” mövzusunda mühazirə keçirəcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


E L A N
28/02/2012

29.02.2012 tarixində saat 12.00-da İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin yeni ildə ilk seminarı keçiriləcək. Seminarda Onurğalılar zoologiyası kafedrasının əməkdaşı Hüseynova Səbinə “İnsanın təkamül yolu” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


26-fevral Xocalı soyqırımının il dönümüdür
17/02/2012

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı 1991-ci ilin payızında erməni silahlı dəstələri tərəfindən əsaslı blokadaya alınmışdı, 1992-ci ilin fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

 

| Ətraflı


ELAN
06/12/2011

08.12.2011 tarixində saat 12.00-da Biologiya fakültəsi, İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı olacaq. Seminarda III kurs tələbəsi Abdullayeva Aysel “Kötük hüceyrələri” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi
02/12/2011

01.12.2011 tarixində Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi. Seminarda “İnsan və heyvan fiziologiyası” kafedrasının II kurs magistrantı Məmmədova Könül “Teratologiya-eybəcərliklər haqqında elm” mövzusunda çıxış etdi. Məruzəçi insan eybəcərliklərinin müxtəlif növləri haqqında geniş məlumat verdi. Bundan əlavə belə anomaliyaların yaranma səbələrindən danışıldı.

| Ətraflı


ELAN
29/11/2011

01.12.2011 tarixində saat 12.00-da Biologiya fakültəsi,İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı olacaq. Seminarda İnsan və heyvan fiziologiyası kafedrasının magistrantı Məmmədova Könül “Teratologiya-eybəcərliklər haqqında elm” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


TEC-nin növbəti seminarı keçirildi
18/11/2011

17.11.2011 tarixində TEC-nin növbəti seminarı keçirildi. Seminarda Bitki fiziologiyası kafedrasının dosenti Tahirli Sevda “Qan qrupu və həyatımız” mövzusunda çıxış etdi. Sevda xanım məruzəsində ilk növbədə qanın və qan qruplarının öyrənilmə tarixi haqqında geniş məlumat verdi. Bundan əlavə qan qruplarının təkamülü, onların formalaşma tarixindən bəhs etdi.

| Ətraflı


OLİMPİADA SUALLARI
16/11/2011

2012-ci ilin olimpiada suallari

| Ətraflı


ELAN
15/11/2011

17.11.2011 tarixində saat 12.00-da Biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı olacaq. Seminarda Bitki fiziologiyası kafedrasının dosenti Tahirli Sevda “Qan qrupunuz və sizin həyat tərziniz” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi
11/11/2011

10.11.2011 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda bakalavr pilləsinin IV kurs tələbəsi İbrahimova Elvira şizofrenik xəstəliklər haqqında ətraflı məlumatlar verdi. Burada psixi pozğunluqların öyrənilmə tarixi, psixi xəstəliklərin klasifikasiyası, onların diaqnostikası, müalicəsi və bu xəstəliklərin öyrənilməsində tədqiqatçıların rastlaşdığı problemlərdən danışıldı.

| Ətraflı


TEC-nin növbəti seminarı keçirildi
28/10/2011

27.10.2011 tarixində Biologiya fakütəsinin TEC-nin növbəti seminarı oldu. Seminarda Biologiya fakültəsinin IV kurs tələbəsi İbrahimova Elvira “Genlərin hibrid qüvvəsi” mövzusunda məruzə etdi. Məruzədə şirlə pələngin hibridlərində heterozis hadisəsi haqqında məlumat verildi. Belə ki, təsadüf nəticəsində Novosibirsk zooparkında saxlanılan erkək şirlə dişi pələngin cütləşməsindən hibridlər anadan olmuşdur. Liqr adlanan bu hibridlərdə güclü heterozis hadisəsi müşahidə olunur.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |