Xəbərlər
ELAN06/12/2011
08.12.2011 tarixində saat 12.00-da Biologiya fakültəsi, İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı olacaq. Seminarda III kurs tələbəsi Abdullayeva Aysel “Kötük hüceyrələri” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.
| ƏtraflıBiologiya fakültəsinin TEC-nin seminarı keçirildi
02/12/2011
01.12.2011 tarixində Biologiya fakültəsinin TEC-nin seminarı keçirildi. Seminarda “İnsan və heyvan fiziologiyası” kafedrasının II kurs magistrantı Məmmədova Könül “Teratologiya-eybəcərliklər haqqında elm” mövzusunda çıxış etdi. Məruzəçi insan eybəcərliklərinin müxtəlif növləri haqqında geniş məlumat verdi. Bundan əlavə belə anomaliyaların yaranma səbələrindən danışıldı.
ELAN
29/11/2011
01.12.2011 tarixində saat 12.00-da Biologiya fakültəsi,İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı olacaq. Seminarda İnsan və heyvan fiziologiyası kafedrasının magistrantı Məmmədova Könül “Teratologiya-eybəcərliklər haqqında elm” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.
| ƏtraflıTEC-nin növbəti seminarı keçirildi
18/11/2011
17.11.2011 tarixində TEC-nin növbəti seminarı keçirildi. Seminarda Bitki fiziologiyası kafedrasının dosenti Tahirli Sevda “Qan qrupu və həyatımız” mövzusunda çıxış etdi. Sevda xanım məruzəsində ilk növbədə qanın və qan qruplarının öyrənilmə tarixi haqqında geniş məlumat verdi. Bundan əlavə qan qruplarının təkamülü, onların formalaşma tarixindən bəhs etdi.
OLİMPİADA SUALLARI
16/11/2011
2012-ci ilin olimpiada suallari
| ƏtraflıELAN
15/11/2011
17.11.2011 tarixində saat 12.00-da Biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kafedrasının V auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı olacaq. Seminarda Bitki fiziologiyası kafedrasının dosenti Tahirli Sevda “Qan qrupunuz və sizin həyat tərziniz” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.
| ƏtraflıBiologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi
11/11/2011
10.11.2011 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda bakalavr pilləsinin IV kurs tələbəsi İbrahimova Elvira şizofrenik xəstəliklər haqqında ətraflı məlumatlar verdi. Burada psixi pozğunluqların öyrənilmə tarixi, psixi xəstəliklərin klasifikasiyası, onların diaqnostikası, müalicəsi və bu xəstəliklərin öyrənilməsində tədqiqatçıların rastlaşdığı problemlərdən danışıldı.
TEC-nin növbəti seminarı keçirildi
28/10/2011
27.10.2011 tarixində Biologiya fakütəsinin TEC-nin növbəti seminarı oldu. Seminarda Biologiya fakültəsinin IV kurs tələbəsi İbrahimova Elvira “Genlərin hibrid qüvvəsi” mövzusunda məruzə etdi. Məruzədə şirlə pələngin hibridlərində heterozis hadisəsi haqqında məlumat verildi. Belə ki, təsadüf nəticəsində Novosibirsk zooparkında saxlanılan erkək şirlə dişi pələngin cütləşməsindən hibridlər anadan olmuşdur. Liqr adlanan bu hibridlərdə güclü heterozis hadisəsi müşahidə olunur.
ELAN
27/10/2011
27.10.2011 tarixində saat 12.00-da Biologiya fakültəsinin “İnsan və heyvan fiziologiyası” kafedrasının 101a auditoriyasında “Tələbə Elmi Cəmiyyəti”nin növbəti seminarı olacaq. Seminarda IV kurs tələbəsi İbrahimova Elvira “Genlərin hibrid qüvvəsi” mövzusunda çıxış edəcək. Arzu edənlər iştirak edə bilərlər.
| ƏtraflıTEC-nin növbəti seminarı keçirildi
21/10/2011
20.10.2011 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda Biologiya fakültəsinin IV kurs tələbəsi Mustafa-zadə Sona “Siam əkizləri” mövzusunda çıxış etdi. Burada siam əkizlərinin öyrənilmə tarixi, müxtəlif ölkələrdə onlara göstərilən münasibət, eyni zamanda siam əkizlərinin növləri haqqında geniş məlumat verildi.
TEC-nin yeni dərs ilində birinci seminarı keçirildi
17/10/2011
13.10.2011 tarixində Biologiya fakültəsində TEC-nin yeni dərs ilində birinci seminarı keçirildi. Seminarda Biologiya fakültəsi, Onurğalılar zoologiyası kafedrasının laborantı Səbinə Hüseynova çıxış etmişdir. Çıxış Çexiyanın Karl Universiteti ilə Bakı Dövlət Universitetini Biologiya fakültəsi arasında yaradılmış əlaqələrə həsr edilmişdir.
Mikrobiologiya kafedrasının müdiri, prof. X.Q.Qənbərov Beynəlxalq elmi simpoziumda iştirak etmişdir
14/10/2011
Mikrobiologiya kafedrasının müdiri, prof. X.Q.Qənbərov 03-08 oktyabr 2011-ci il tarixində Rusiyanın İrkutstk şəhərində və Baykal gölü eksperimental bazasında keçirilən Beynəlxalq elmi simpoziumda iştirak etmişdir.
Biologiya fakültəsinin tələbələri ücün bakteriologiya və molekulyar biologiya sahəsində təlimlər keçdi
12/10/2011
Bakı Dövlət Universiteti və Amerika Səfirliyinin təhlükələrin azadılması Departamenti arasında imzalanmış memoranduma əsasən BDU-nin biologiya fakültəsinin beş tələbəsi ücün Azərbaycanda müntəzəm təlimlər təşkil olunmuşdur. Təlimlər üç ay davam olunmuş, bakteriologiya və molekulyar biologiyaya həsr olunmuşlar.
Biologiya fakültəsinin magistrantları Molekulyar genetika sahəsində təlimlərdə iştirak etdilər
03/10/2011
Biologiya fakültəsinin magistrantları Gülzar Nərimanova, Aygün İsrayılova, Elvin Hüseynov “Excellences in Molecular Genetics” təliminin iştirakçıları oldular. Təlim Alman Akademik Mübadilə Xidməti (DAAD), Heydelberq Universitetinin Manheim Tibb fakültəsi (UUM) və Bakı Dövlət Universiteti tərəfindən təşkil olunmuşdur.
1 | 2 | 3 | 4
